MSX - Yanvar-avqustda yerli ixrac 4,3 faiz azalıb
MSX - Yanvar-avqustda yerli ixrac 4,3 faiz azalıb

 
Milli Statistika Xidmətinin ilkin məlumatına əsasən, 2024-cü ilin yanvar-avqustunda Gürcüstandan ixrac olunan malların həcmi (bəyan olunmamış ixrac olmadan) 4 173,9 mln. ABŞ dolları təşkil edib, bu da ötən ilin müvafiq göstəricisindən 2,5 faiz çoxdur.

MSX-nin məlumatına əsasən, təkrar ixrac olmadan yerli ixrac ümumi ixracın 43,7 faizini təşkil edir. Qeyd olunan göstərici əvvəlki illə müqayisədə 4,3 faiz azalıb və 1 825,2 mln. ABŞ dollarına bərabər olub.

2024-cü ilin yanvar-avqustunda Gürcüstanın ümumi yerli ixracında on ən böyük ölkənin payı 73,8 faiz təşkil edib. Bu baxımdan ən böyük ixrac tərəfdaşları 376,5 mln. ABŞ dolları ilə Rusiya, 287,6 mln. ABŞ dolları ilə Türkiyə və 181,7 mln. ABŞ dolları ilə Çindir.

MSX-nin məlumatına əsasən, 2024-cü ilin yanvar-avqustunda 219,3 mln. ABŞ dolları ilə ferroərintilər yerli ixracın onluğunda birinci yerdədir. Qeyd olunan əmtəə qrupunun xüsusi payı ümumi yerli ixracın 12,0 faizini təşkil edir. İkinci yerdə 195,8 mln. ABŞ dolları ilə təbii üzüm şərablarıdır, üçüncü yeri isə 147,9 mln. ABŞ dolları ilə qiymətli metal filizləri və konsentratları tutur.