MSX- yanvar-avqust aylarında Gürcüstanda xarici ticarət dövriyyəsi 16,8 faizlə artıb
MSX- yanvar-avqust aylarında Gürcüstanda xarici ticarət dövriyyəsi 16,8 faizlə artıb

 
Milli Statistika Xidmətinin ilkin məlumatına görə, 2023-cü ilin yanvar-avqust aylarında Gürcüstanda xarici ticarət dövriyyəsi 14 005,0 milyon ABŞ dolları təşkil edib, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 16,8 faizlə çoxdur.

Bunun 4 079,4 milyon ABŞ dollarını ixrac, yəni 14,4 faizlə artıb, idxal isə 17,8 faizlə artaraq 9 925,7 milyon ABŞ dolları təşkil edib.

2023-cü ilin yanvar-avqust aylarında Gürcüstanın mənfi ticarət saldosu 5 846,3 milyon ABŞ dolları təşkil edib, bu da xarici ticarət dövriyyəsinin 41,7 faizini təşkil edir.

Bununla yanaşı, MSX-nin göstəricilərində qeyd olunduğu üzrə, 2023-cü ilin yanvar-avqust aylarında Gürcüstanın ümumi xarici ticarət dövriyyəsində on ən böyük ticarət tərəfdaşı ölkənin payı 68,7 faiz təşkil edib. Ölkənin ən böyük ticarət tərəfdaşlarıdır- 1 944,0 mln. ABŞ dolları Türkiyə, Rusiya – 1 686,9 mln. ABŞ dolları və 1 240,0 mln. ABŞ dolları ilə Amerikadır.