MSX - yanvar-apreldə Gürcüstan üçün ən iri eksport ölkəsi Ermənistan, ən iri import ölkəsi isə Türkiyə idi
Milli Statistika Xidmətinin ilkin göstəricilərinə görə, 2023-cü ilin yanvar-aprel aylarında Gürcüstanın ümumi eksportunda on ən böyük ixrac partnyru ölkənin payı 80.6 faiz təşkil etdi.
MSX-nin məlumatına görə, ilk üç ixracatçıda ilk yeri Ermənistan tutur – 280.8 milyon ABŞ dolları, ikinci yerdə Azərbaycandır – 261.9 milyon ABŞ dolları, üçüncüdə isə, 226.2 milyon ABŞ dolları ilə Rusiyadır.
İmporta gəldikdə, idarənin məlumatına görə, cari ilin yanvar-aprelində Gürcüstanın ümumi importunda on ən böyük idxal partnyoru ölkənin payı 70.2 faiz təşkil etdi. İlk üçlüyə 786.4 milyon ABŞ dolları ilə Türkiyə, 622.3 milyon ABŞ dolları ilə Rusiya və 412.5 milyon ABŞ dolları ilə ABŞ daxildir.