MSX- sentyabrda Gürcüstanda tikinti bahalaşıb
MSX- sentyabrda Gürcüstanda tikinti bahalaşıb

 
2023-cü ilin sentyabr ayında tikintinin dəyər indeksi əvvəlki ayla müqayisədə 1,6 faizlə artıb-bu barədə Milli Statistika Xidmətinin məlumatında deyilir .

Milli Statistika Xidmətinin məlumatına əsasən, sözügedən dəyişiklik əsasən tikinti sahəsində muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqının 3,2 faiz artması ilə bağlı olub, bu da ümumi indeks dəyişikliyinə 0,71 faiz bəndi töhfə verib.

Bundan əlavə, qurumun hesabatına əsasən, 2022-ci ilin fevral ayı ilə müqayisədə tikintinin dəyər indeksi 12,6 faizlə artıb. İndeksin artımına daha çox tikinti sahəsində muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqının 3,2 faiz artması və tikinti materiallarının qiymətinin 6,3 faiz bahalaşması səbəb olub, bu da müvafiq olaraq ümumi indeks dəyişikliyinə 7,23 və 3,56 faiz bəndi töhfə verib.