MSX- oktyabrda inflyasiyanın Avropa İttifaqı metodologiyası ilə hesablanmasının nəticəsi milli metodologiya ilə hesablanmış inflyasiyadan 0,4 faizlə az olub və 0,2 faiz təşkil edib
MSX- oktyabrda inflyasiyanın Avropa İttifaqı metodologiyası ilə hesablanmasının nəticəsi milli metodologiya ilə hesablanmış inflyasiyadan 0,4 faizlə az olub və 0,2 faiz təşkil edib

 
2022-ci ildən Gürcüstanın Milli Statistika Xidməti yeni göstərici – İstehlak Qiymətlərinin Uyğunlaşdırılmış İndeksini dərc etməyə başlayıb.

MSX-nın məlumatına əsasən, bu metodologiyaya görə 2023-cü ilin oktyabr ayında inflyasiya 0,2 faiz təşkil edib, bu da milli metodologiya ilə hesablanmış 0,6 faizlik inflyasiyadan 0,4 faiz azdır.

Ayrı-ayrı komponentlərə gəlincə, Aİ-nin HICP metodologiyasına əsasən, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə faiz dəyişməsi aşağıdakı kimi bölünür: qida və alkoqolsuz içkilər – -2,5%; spirtli içkilər, tütün – 6,6%; Geyim və ayaqqabı – -1,9%; mənzil, su, işıq, qaz və digər istilik növləri – 3,3%; Mebel, məişət əşyaları və bəzək əşyaları, evlərə qulluq – -2,1%; Səhiyyə – -3,4%; Nəqliyyat – 0,4%; Rabitə, – -2,5%; İstirahət, əyləncə və mədəniyyət – -3,3%; Təhsil – 3,6%; mehmanxana, kafe və restoranlar – 4,4%; Müxtəlif mal və xidmətlər – 8,7%.