2023-cü ilin noyabr ayında tikintinin dəyər indeksi əvvəlki ayla müqayisədə 0,8 faiz artıb.
MSX-dan verilmiş məlumatda, sözügedən dəyişikliyin əsasən tikinti sahəsində çalışan muzdlu işçilərin orta aylıq nominal əmək haqqının 2,6 faiz artması ilə əlaqədar olduğu, bunun da ümumi indeks dəyişikliyinə 0,66 faiz bəndi töhfə verdiyi deyilir.
Bununla yanaşı, 2022-ci ilin fevral ayı ilə müqayisədə tikintinin dəyər indeksi 13,3 faiz artıb.
İdarədən açıqlandığı üzrə, indeksin artımına daha çox tikinti sektorunda çalışan muzdlu işçilərin orta aylıq nominal əmək haqqının 29,5 faiz artması, tikinti materiallarının qiymətində isə 7,6 faiz bahalaşma səbəb olub, bu da müvafiq olaraq, ümumi indeks dəyişikliyinə 6,65 və 4,35 faiz bəndi töhfə verib.