Milli Statistika Xidmətinin məlumatına görə, cari ilin on ayında Gürcüstan iqtisadiyyatı 10 faiz artdı.
MSX-nin məlumatına görə, 2022-ci ilin oktyabr ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ümumi daxili məhsulun artımı 8,3 faiz təşkil etdi.
Milli Statistika Xidmətində bəyan etdiklərinə görə, artıma aşağıdakı sektorlar əhəmiyyətli töhfə verdi: tikinti, nəqliyyat və anbar təsərrüfatı, maliyyə və sığorta fəaliyyəti, mədən sənayesi, mehmanxana və restoranlar, incəsənət, əyləncə və istirahət.
Bununla yanaşı, MSX-nin məlumatına görə, azalma tendensiyası istehsal sənayesində və daşınmaz əmlakla bağlı fəaliyyətlərdə müşahidə olundu.