MSX-nın ilkin götəricilərinə görə, 2022-ci ilin ikinci kvartalında Gürcüstana birbaşa xarici investisiyaların həcmi 351.8 milyon ABŞ dolları təşkil etdi
Milli Statistika Xidmətinin ilkin götəricilərinə görə, 2022-ci ilin ikinci kvartalında Gürcüstana yatırılan birbaşa xarici investisiyaların həcmi 351.8 milyon ABŞ dolları təşkil etdi, bu da 2021-ci ilin ikinci kvartalının dəqiqləşdirilmiş göstəricisindən 9.1 faiz çoxdur.
MSX-nın məlumatına görə, 2022-ci ilin ikinci kvartalında aksiya kapitalı əvvəlki ilin müvafiq dövrünün götəriciləri ilə müqayisədə 2.3 dəfə artaraq 90.2 milyon ABŞ dolları təşkil etdi. Reinvestisiyaların ümumi birbaşa xarici investisiyalarda xüsusi payı 68.3 faiz müəyyən edildi.
Milli Statistika Xidmətinin məlumatına görə, 2022-ci ilin ikinci kvartalında Gürcüstana yatırılan birbaşa xarici sərmayələrə görə, ən iri investor ölkələri aşağıdakı kimi bölüşdürüldü: birinci yerdə Böyük Britaniyadır – 64.7 milyon ABŞ dolları ilə, bu da ümumi birbaşa xarici investisiyanın 18.4 faizini təşkil edir. İkinci yerdə 44.8 milyon ABŞ dolları (12.7 faiz) ilə Hollandiyadır. Üçüncü yerdə isə 41.8 milyon ABŞ dolları (11.9 faiz) ilə Yaponiyadır.
2022-ci ilin ikinci kvartalında ən böyük birbaşa xarici investisiya enerji sektoruna qoyulmuş və 76.6 milyon ABŞ dolları təşkil etmişdir ki, bu da ümumi birbaşa xarici investisiyanın 21.8 faizini təşkil edir. İkinci yeri 75.6 milyon ABŞ dolları (21.5 faiz) ilə daşınmaz əmlak sektoru tutur. Üçüncü yerdə 47.6 milyon ABŞ dolları (13.5 faiz) ilə maliyyə sektorudur.