Milli Statistika Xidmətinin ilkin hesablamalarına görə, 2023-cü ilin mart ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ümumi daxili məhsulun artımı 7.3 faiz təşkil etdi, birinci kvartalın orta real artımı isə, 7.2 faizlə müəyyənləşdi.
Milli Statistika Xidmətinin məlumatın görə, 2023-cü ilin mart ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tikinti, maliyyə və sığorta fəaliyyəti, nəqliyyat və anbar təsərrüfatı, ticarət kimi sektorlar artıma mühüm töhfə verdi. Emal sənayesində, energetika və daşınmaz əmlak sahələrində isə, azalma tendensiyaları qeydə alındı.