MSX- iyun ayında yaşayış minimumu artıb və əmək qabiliyyətli yaşda olan kişi üçün 254,5 lari təşkil edib
Milli Statistika Xidməti tərəfindən yayılmış məlumatda 2023-cü ilin iyun ayında, may ayı ilə müqayisədə Gürcüstanda yaşayış minimumunun həcminin artdığı deyilir.
MSX-in yaydığı məlumata əsasən, cari ilin may ayında əmək qabiliyyətli yaşda olan kişilər üçün yaşayış minimumu 253,7 lari olub, iyunda isə bu göstərici 0,8 tetri artaraq 254,5 lari təşkil edib.
Bundan əlavə, MSX-nin yaydığı məlumatda 2023-cü ilin may ayı ilə müqayisədə orta istehlakçının yaşayış minimumunun iyun ayında 0,7 tetri artaraq 225,4 lari təşkil etdiyi deyilir.
İdarədən açıqlandığı kimi, 2021-ci ildən etibarən yeni statistik iş proqramına uyğun olaraq, Statistika İdarəsi artıq qeyd olunan göstəricinin üzərində işləmir. MSX-dən qeyd edildiyi kimi, bu göstərici heç bir planlaşdırma və qərar qəbul etmə prosesində istifadə edilmir.
MSX-də yaşayış minimumunun minimal ərzaq səbətinə əsasən müəyyən edildiyi bildirilir. Minimal ərzaq səbəti isə əmək qabiliyyətli kişinin normal həyatı və əmək qabiliyyəti üçün fizioloji cəhətdən zəruri olan qida miqdarını əhatə edir. Yaşayış minimumunun ərzaq səbəti 40 məhsuldan ibarətdir. Bunlara: çörək, taxıl, ət, süd məhsulları, tərəvəz və qənnadı məmulatları daxildir.