Milli Statistika Xidmətinin ilkin qiymətləndirmələrinə əsasən, 2023-cü ilin iyun ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ümumi daxili məhsulun artımı 7,7 faiz təşkil edib, 2023-cü ilin ilk altı ayının orta göstəricisi isə 7,6 faiz səviyyəsində müəyyən edilib.
MSX-nin yaydığı məlumata əsasən, 2023-cü ilin iyun ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tikinti, ticarət, maliyyə və sığorta fəaliyyəti kimi sektorlar artıma əhəmiyyətli töhfə verib.
Nəqliyyat və anbar təsərrüfatı, eləcə də elektrik enerjisi, qaz, buxar və kondisionerləşdirilmiş hava təchizatı sektorlarında isə azalma tendensiyası müşahidə olunub.