MSX- ilkin göstəricilərlə yanvar-iyul aylarında Gürcüstanda xarici ticarət dövriyyəsi 18 faiz artıb
2023-cü ilin yanvar-iyul aylarında Gürcüstanda xarici ticarət dövriyyəsi 12 105,5 mln. ABŞ dolları təşkil edib , bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,0 faiz çoxdur-bu barədə Milli Statistika Xidmətinin ilkin göstəricilərində deyilir.
MSX-nin göstəricilərində ixracın 3 583,4 mln. ABŞ dolları (15,9 faizlə artıb), idxalın isə 8 522,1 milyon ABŞ dolları (artım 19,0 faiz) təşkil etdiyi deyilir.
2023-cü ilin yanvar-iyul aylarında Gürcüstanın mənfi ticarət saldosu isə 4 938,7 milyon ABŞ dolları təşkil edib , bu da xarici ticarət dövriyyəsinin 40,8 faizini təşkil edir.
“2023-cü ilin yanvar-iyul aylarında Gürcüstanın ümumi xarici ticarət dövriyyəsində on ən böyük ticarət tərəfdaşı ölkənin payı 68,7 faiz təşkil edib. Ölkənin ən böyük ticarət tərəfdaşları 1687,8 milyon ABŞ dolları ilə Türkiyə, 1503,7 milyon ABŞ dolları ilə Rusiya və 1023,1 milyon ABŞ dolları ilə ABŞ-dır”-deyə MSX-nin yaydığı məlumatda deyilir.