Milli Statistika Xidmətinin məlumatına görə, 2024-cü ilin iyul ayında tikinti xərcləri indeksi əvvəlki ayla müqayisədə 0,9 faiz artıb.
MSX-in məlumatına görə, dəyişiklik əsasən tikinti işçilərinin orta aylıq nominal əmək haqqının 5,4 faiz artması ilə əlaqədar olub ki, bu da ümumi indeks dəyişikliyinə 1,06 faiz bəndi töhfə verib.
“Ötən ilin müvafiq ayı ilə müqayisədə tikinti xərclərinin indeksi 7,8 faiz artıb. İndeksin artımına əsasən inşaatçıların orta aylıq nominal əmək haqqının 24,5 faiz, tikinti materiallarının qiymətinin isə 3,3 faiz artımı səbəb olub ki, bu da indeksin ümumi dəyişməsində müvafiq olaraq 4,65 və 1,95 faiz bəndi təşkil edib. Bundan əlavə, 2022-ci ilin fevral ayı ilə müqayisədə tikinti xərcləri indeksi 18,3 faiz artıb”. – MSX tərəfindən dərc edilən hesabatda qeyd olunur.