MSX- Gürcüstan iqtisadiyyatı avqustda 5,8 faizlə artıb
MSX- Gürcüstan iqtisadiyyatı avqustda 5,8 faizlə artıb

 
2023-cü ilin avqust ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ümumi daxili məhsulun artımı 5,8 faiz təşkil edib, 2023-cü ilin 8 ayı üzrə orta göstərici 7,0 faiz səviyyəsində müəyyən edilib-bu barədə Milli Statistika Xidmətinin ilkin hesablamalarında bəhs edilir.

MSX tərəfindən yayılmış məlumatda qeyd olunduğu kimi, 2023-cü ilin avqust ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maliyyə və sığorta fəaliyyəti, tikinti, emal sənayesi və ticarət kimi sektorlar artıma əhəmiyyətli töhfə verib.

Daşınmaz əmlak, nəqliyyat və anbar təsərrüfatı, informasiya və rabitə sektorlarında azalma tendensiyası müşahidə olunub.