Milli Statistika Xidmətinin ilkin hesablamalarına görə, 2024-cü ilin aprel ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ümumi daxili məhsulun artımı 11,8 faiz təşkil edib. 2024-cü ilin ilk dörd ayı üçün orta dərəcə isə 9,0 faiz səviyyəsində müəyyən edilib.
MSX-nin məlumatına görə, 2024-cü ilin aprel ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə emal sənayesi, tikinti, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, ticarət, peşə, elmi və texniki fəaliyyət kimi sektorlar artıma mühüm töhfə verib.
Enerji sektorunda azalma tendensiyası müşahidə olunub.