Milli Statistika Xidmətinin ilkin dəyərləndirməsinə görə, 2023-cü ilin fevral ayında, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə, real ümumi daxili məhsulun artımı 5.8 faizi təşkil etdi, yanvar-fevral aylarının orta göstəricisi isə, 7.1 faizdir.
MSX-nin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə artıma tikinti, maliyyə və sığorta fəaliyyəti, ticarət, nəqliyyat və anbar təsərrüfatı mühüm töhfə verib.
Milli Statistika Xidmətinin məlumatına görə, istehsal sənayesi, daşınmaz əmlak, peşə, elmi və texniki fəaliyyət sahələrində azalma tendensiyası qeydə alındı.