MSX- Fevralda ən çox 18,7 faizlə duru yağ ucuzlaşıb, meyvələr isə 21 faizlə bahalaşıb
Milli Statistika Xidmətinin yaydığı məlumat üzrə, illik inflyasiyanın formalaşmasına ərzaq məhsullarının və alkoqolsuz içkilərin qiymətlərinin ucuzlaşması təsir göstərib.
MSX-nin məlumatına əsasən, qrup üzrə qiymətlər 3,5 faizlə azalıb, bu da illik inflyasiyaya -1,2 faiz bəndi əks olunub.
Duru yağ və yağın qiymətləri 18,7 faizlə azalıb. Tərəvəz və bostan bitkiləri -14,2 faizlə, çörək və çörək məhsulları isə -9,8 faizlə ucuzlaşıb. Süd, pendir və yumurtanın qiymətləri -5,0 faizlə ucuzlaşıb.
Bundan əlavə, meyvə və üzümün qiymətləri 21,0 faiz, ət və ət məhsullarının qiyməti isə 4,5 faizlə bahalaşıb. Mineral və bulaq suları, alkoqolsuz içkilər və təbii şirələr – 4,1 faizlə, şəkər, mürəbbə və digər şirniyyatlar – 2,0 faizlə, qəhvə, çay və kakao – 1,8 faizlə, balığın qiymətləri isə 1,6 faizlə bahalaşıb.