MSX əhalinin siyahıyaalınması metodologiyası ilə bağlı açıqlama yayır
MSX əhalinin siyahıyaalınması metodologiyası ilə bağlı açıqlama yayır.
“İctimaiyyətin müəyyən hissəsi tərəfindən sosial şəbəkələr vasitəsilə 2024-cü il üçün planlaşdırılan əhalinin ümumi siyahıyaalınmasının metodologiyası ilə bağlı yalan məlumatlar yayılır və əhalini məqsədyönlü şəkildə səhvə sürükləməyə yönəlib. Belə ki, siyahıyaalmada istifadə olunan “daimi əhali” ifadəsi ilə bağlı məlumatlar yanlış verilmişdir. Bununla əlaqədar olaraq izah edirik ki, əhalinin ümumi siyahıyaalınması Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə sıx əməkdaşlıq şəraitində aparılır. Müvafiq olaraq, BMT-nin metodologiyasına əsasən, şəxs konkret yaşayış məntəqəsində 12 aydan çox yaşadıqda daimi sakin sayılır.
Bu metodologiya BMT-yə üzv olan 200-ə yaxın ölkə tərəfindən istifadə olunur və şəxsin seçkilərdə iştirakı və ya Gürcüstan vətəndaşlığının verilməsi ilə heç bir əlaqəsi yoxdur. Bu, beynəlxalq səviyyədə tanınmış statistik termindir və yalnız əhalinin sayını hesablamaq üçün istifadə olunur. Qeyd etmək lazımdır ki, oxşar şəraitdə illərdir müxtəlif ölkələrdə (Almaniya, Yunanıstan, ABŞ, İtaliya və s.) yaşayan mühacirlərimiz var, müvafiq ölkənin daimi sakinləridir, lakin bu onlara həmin ölkədə seçkilərdə iştirak etmək hüququ tanımır. Bundan əlavə, siyahıyaalma seçkilərdən sonra (2024-cü ilin noyabrın 14-dən dekabrın 19-dək) aparılır, nəticələr isə 6 aydan sonra açıqlanacaq və bundan irəli gələrək, bir-bir ilə əlaqəsi yoxdur” – məlumatda deyilir.