MSX - Avropa İttifaqının metodologiyası ilə hesablamalar nəticəsində, yanvarda inflyasiya 9.3 faiz idi
MSX - Avropa İttifaqının metodologiyası ilə hesablamalar nəticəsində, yanvarda inflyasiya 9.3 faiz idi

2022-ci ildən Gürcüstanın Milli Statistika Xidməti yeni göstərici olan, istehlak qiymətlərinin uyğunlaşdırılmış indeksini dərc etməyə başladı. Bu metodologiya ilə, 20023 ilin yanvarında inflyasiya 9.3 faiz idi, bu da milli metodologiya ilə hesablanmış 9.4 faizlik inflyasiyadan 0.1 faiz azdır.

Ayrıca komponentlərə gəldikdə, Avropa İttifaqının HICP metologiya ilə, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə faiz dəyişkiliyi bu cürdür: qida və alkoqolsuz içkilər – 14,4%; spirtli içkilər, tütün – 8,9%; paltar və ayaqqabı – 1,8%; mənzil, su, işıq, qaz və digər istilik növləri – 11,9%; mebel, məişət əşyaları və bəzək əşyaları, evin qulluq və təmiri – 11,0%; səhiyyə müdafiəsi -4,2%; nəqliyyat – 5,2%; rabitə – -0,6%; istirahət, əyləncə və mədəniyyət – 7,2%; təhsil – 7,1%; mehmanxana, kafe və restoranlar – 13,4%; müxtəlif mal və xidmətlər – 10,9%.