MSX- avqust ayında ən çox bağ və tərəvəz bitkilərinin qiyməti 46,4 faizlə artıb
MSX- avqust ayında ən çox bağ və tərəvəz bitkilərinin qiyməti 46,4 faizlə artıb

 
Milli Statistika Xidməti tərəfindən bu gün dərc olunmuş hesabata əsasən, avqust ayında illik inflyasiya 0,9 faiz təşkil edib. Milli Statistika Xidmətinin hesabatından da aydın olduğu kimi, illik inflyasiyanın formalaşmasına əsas təsir ərzaq və alkoqolsuz içkilərin qiymətlərinin dəyişməsi olub.

Qrup üzrə qiymətlər 2,4 faiz artıb, bu da illik inflyasiyada 0,76 faiz bəndi ilə əks olunub.

Milli Statistika Xidməti tərəfindən verilmiş məlumatda qeyd olunduğu üzrə, bağ və tərəvəz bitkilərinin qiymətləri 46,4 faizlə, meyvə və üzüm 12,9 faizlə, balıq 9,7 faiz, ət və ət məhsulları 5,8 faiz bahalaşıb. Mineral bulaq suyu 5.8 faizlə, alkoqolsuz içkilər və təbii şirələr, qəhvə, çay və kakao isə 1,8 faizlə bahalaşıb.

Bundan əlavə, yağ qiymətləri -26,3 faizlə, çörək və çörək məhsulları -7,9 faizlə, qənd, mürəbbə və digər şirniyyatların qiymətləri -1,2 faiz ucuzlaşıb. Süd, pendir və yumurtanın qiymətləri -0,3 faiz ucuzlaşıb.