MSX - apreldə inflyasiyanın Avropa İttifaqı metodologiyası ilə hesablanmasının nəticəsi milli metodologiya ilə hesablanmış inflyasiyanın göstəricisindən 0.4 faiz az idi və 2.3 faiz təşkil etdi
2022-ci ildən Gürcüstanın Milli Statistika Xidməti yeni göstərici olan İstehlak Qiymətlərinin Uyğunlaşdırılmış İndeksini dərc etməyə başladı. Bu metodologiya ilə, 2023-cü ilin aprelində infyasiya 2.3 faizi təşkil etdi, bu da milli metodologiya ilə hesablanmış 2.7 faizlik inflyasiyadan 0.4 fazilə azdır.
Ayrı-ayrı komponentlərə gəldikdə, Avropa İttifaqı HICP metodologiyasına əsasən, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə faiz dəyişikliyi aşağıdakı kimi bölüşdürülür:
Qida və alkoqolsuz içkilər – 5,1%; spirtli içkilər, tütün – 6,8%; geyim və ayaqqabı – 1,5%; mənzil, su, işıq, qaz və digər istilik növləri – 9,2%; mebel, məişət əşyaları və dekorasiya, evdə qulluq və təmir – 6,1%; səhiyyə -8,2%; nəqliyyat – -13,7%; rabitə – -3,0%; istirahət, əyləncə və mədəniyyət – 3,3%; təhsil – 7,0%; mehmanxana, kafe və restoranlar – 10,8%; müxtəlif mal və xidmətlər – 11,3%.