Milli Statistika Xidmətinin ilkin hesablamalarına görə, 2023-cü ilin aprel ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ümumi daxili məhsulun artımı 7.5 faiz təşkil etdi, 2023-cü ilin ilk dörd ayının orta göstəricisi isə, 7.3 faizlə müəyyənləşdirildi.
MSX-nin məlumatına görə, 2023-cü ilin aprel ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tikinti, maliyyə və sığorta fəaliyyəti, nəqliyyat və anbar təsərrüfatı, informasiya və rabitə, ticarət kimi sektorlar artıma əhəmiyyətli töhfə verib.
İstehsal və daşınmaz əmlak sektorlarında azalma tendensiyası müşahidə olundu.