MSX – 2024-cü ilin oktyabr ayında Gürcüstan iqtisadiyyatı 11,0 faiz artıb

12:27, 29.11.2024

Milli Statistika Xidmətinin ilkin hesablamalarına əsasən, 2024-cü ilin oktyabr ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ümumi daxili məhsulun artımı 11,0 faiz, 2024-cü ilin on ayı üzrə orta göstərici isə 10,0 faiz səviyyəsində müəyyən edilib.

MSX-nin məlumatına görə, 2024-cü ilin oktyabr ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tikinti, emal sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, ticarət kimi sektorlar artıma mühüm töhfə verib.

Oxşar