MSX - 2024-cü ilin iyul ayında Gürcüstan iqtisadiyyatı 13,0 faiz artıb
Milli Statistika Xidmətinin ilkin hesablamalarına əsasən, 2024-cü ilin iyul ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ümumi daxili məhsulun artımı 13,0 faiz, 2024-cü ilin 7 ayı üzrə orta göstərici 9,7 faiz səviyyəsində müəyyən edilib.
MSX-nın məlumatına görə, 2024-cü ilin iyul ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tikinti, emal sənayesi, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, ticarət kimi sektorlar artıma mühüm töhfə verib.
Enerji sektorunda azalma tendensiyası müşahidə olunub.