MSX - 2024-cü ilin ikinci rübündə Gürcüstanda orta aylıq nominal əmək haqqı 11,1 faiz artıb
MSX - 2024-cü ilin ikinci rübündə Gürcüstanda orta aylıq nominal əmək haqqı 11,1 faiz artıb

Milli Statistika Xidmətinin məlumatına görə, 2024-cü ilin ikinci rübündə Gürcüstanda orta aylıq nominal əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,1 faiz və ya 200,4 lari artaraq 2 004,9 lari təşkil edib.

MSX-dən verilən məlumata görə, fəaliyyət növlərinə görə aşağıdakı sahələrdə nisbətən yüksək əməkhaqqı qeydə alınıb:

İnformasiya və rabitə – 3 963,0 lari (əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artıb);

Maliyyə və sığorta fəaliyyəti – 3 642,3 lari (14,5 faiz artıb);

Tikinti – 2 946,1 lari (13,7 faiz artıb);

Peşə, elmi və texniki fəaliyyət – 2 872,8 lari (13,8 faiz artıb).

Agentliyin hesabatına görə, 2024-cü ilin ikinci rübündə qadınların orta əmək haqqı 1590,2 lari, kişilərinki isə 2413,5 lari olub. Əmək haqqının illik artımı qadınlarda 153,1 lari (10,7%), kişilərdə isə 251,8 lari (11,7%) təşkil edib. Fəaliyyət növlərinə görə bütün sahələrdə kişilərin əmək haqqı qadınların maaşından yüksək olmuşdur.

2024-cü ilin ikinci rübündə sahibkarlıq sektorunda muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 190,7 lari və ya 10,0% artaraq 2 105,5 lari təşkil edib. Fəaliyyət növlərinə görə ən yüksək əmək haqqı – 4 069,3 lari informasiya və rabitə sahəsində, 3 289,2 lari isə peşə, elmi və texniki fəaliyyət sahəsində qeydə alınıb.

Bundan əlavə, 2024-cü ilin ikinci rübündə qeyri-sahibkarlıq və maliyyə sektorunda orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 216,7 lari (13,5%) artaraq 1826,9 lari təşkil edib. Fəaliyyət növünə görə maliyyə və sığorta fəaliyyətində çalışanların orta əmək haqqı nisbətən yüksəkdir.

Orta əmək haqqına görə Tbilisi və Mtsxeta-Mtianeti öndədir.