MSX - 2024-cü ildə Gürcüstanda inflyasiyanın səviyyəsi 1,9 faiz təşkil edib
2024-cü ildə Gürcüstanda inflyasiyanın səviyyəsi 1,9 faiz təşkil edib və dekabr ayı inflyasiyası əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz səviyyəsində qeydə alınıb. – MSX bununla bağlı məlumat yayır.
Milli Statistika Xidmətinin məlumatına görə, 2024-cü ildə tərəvəzlərin qiymətləri təxminən 16 faiz, şəkər və digər şirniyyatların qiymətləri 7 faiz, alkoqolsuz içkilərin qiymətləri 5 faiz bahalaşıb. Balığın qiyməti də 5 faiz, ət və ət məhsullarının qiyməti bir faiz artıb.
MSX-nın məlumatına görə, 2024-cü ildə 2023-cü illə müqayisədə meyvə və süd məhsullarının qiymətləri demək olar ki, dəyişməyib. 2025-ci il proqnozuna gəlincə, dövlət büdcəsi haqqında qanunda bir faiz inflyasiya nəzərdə tutulub ki, bu da Milli Bankın üç faizlik hədəf göstəricisindən aşağıdır.