2023-cü ilin yanvar-iyun aylarında Gürcüstanda diri doğulan uşaqların sayı 19 431 nəfər olub.
Əsas demoqrafik göstəricilər haqqında məlumatı Milli Statistika Xidməti dərc edir. İdarənin yaydığı məlumatda eyni dövrdə ölkədə 21 944 nəfərin dünyasını dəyişdiyi deyilir.
2023-cü ilin birinci yarısında təbii artım (diri doğulanların sayı ilə ölənlərin sayı arasındakı fərq) 2513 nəfər müəyyən edilib. Təbii artımın müsbət göstəricisi Tbilisi (340), Acara Muxtar Respublikası (870) və Kvemo Kartli regionunda (145) qeydə alınıb.
Bundan əlavə, 2023-cü ilin ilk altı ayında 10 366 nikah və 6 828 boşanma qeydə alınıb.