MSX 2023-cü ilin ikinci rübü üçün iqtisadi artım hesabatını dərc edir, hesabata əsasən cari dövrdə Gürcüstan iqtisadiyyatı 7,5%-lə artıb
MSX 2023-cü ilin ikinci rübü üçün iqtisadi artım hesabatını dərc edir, hesabata əsasən cari dövrdə Gürcüstan iqtisadiyyatı 7,5%-lə artıb

 
MSX 2023-cü ilin ikinci rübü üçün iqtisadi artım hesabatını dərc edir. Qurumun göstəricilərində cari dövrdə Gürcüstan iqtisadiyyatının 7,5%-lə artdığı qeyd olunub. Cari qiymətlərlə iqtisadiyyatın həcmi 18,3 milyard lari təşkil edib.

“İqtisadiyyatın sektorları arasında ən böyüyü ticarət olub, onun töhfəsi 2,6 milyard lari təşkil edib. İkinci yerdə 1,8 milyard larilik töhfə ilə daşınmaz əmlakla bağlı əməliyyatlar, üçüncü yerdə isə 1,5 milyard larilik dövriyyə ilə emal sənayesi qərarlaşıb.

Artım tempinə gəlincə, ən yüksək göstərici inzibati və yardımçı xidmətlər üzrə olub və 43% təşkil edib, hərçənd bu sektorun özü kifayət qədər kiçikdir və cəmi 218 milyon lari təşkil edib. Artım baxımından tikinti sektoru 23% artımla ikinci, informasiya və rabitə, o cümlədən İT sahəsi isə 20,2%-lə artımla üçüncü yerdədir.

Bəzi sektorlarda, o cümlədən kənd təsərrüfatında artım əvəzinə azalma (-7,1%); Həmçinin energetika (-7%), emal sənayesi (-2,8%) və su təchizatı və tullantıların idarə olunması (-1,5%) sahələrində də azalma müşahidə olunur” – MSX-nin məlumatında qeyd olunur.