MSX- 2023-cü ildə Gürcüstanda xarici ticarət dövriyyəsi 12,5 faiz artıb
MSX- 2023-cü ildə Gürcüstanda xarici ticarət dövriyyəsi 12,5 faiz artıb

 
Milli Statistika Xidmətinin ilkin məlumatına əsasən, 2023-cü ildə Gürcüstanda xarici ticarət dövriyyəsi 21 529,1 milyon ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 12,5 faiz çoxdur.

MSX-nin məlumatına əsasən, ixrac 6 090,6 milyon ABŞ dolları təşkil edib. Müvafiq olaraq, 9,1 faiz artıb, idxal 15 438,5 milyon ABŞ dolları, artım isə 14,0 faiz təşkil edib.

2023-cü ildə mənfi ticarət saldosu 9 347,8 milyon ABŞ dolları təşkil edib ki, bu da xarici ticarət dövriyyəsinin 43,4 faizini təşkil edir.