MSX - 2023-cü ildə Gürcüstanda həm tikinti üçün verilən icazələrin, həm də istifadəyə verilən obyektlərin sayı artıb
MSX - 2023-cü ildə Gürcüstanda həm tikinti üçün verilən icazələrin, həm də istifadəyə verilən obyektlərin sayı artıb

Milli Statistika Xidmətinin rəsmi elan etdiyi məlumatlara görə, 2023-cü ildə Gürcüstanda 11 279 icazə verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz çoxdur. Söhbət 9379,2 min kvadratmetr sahəsi olan binaların tikintisindən gedir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,4 faiz çoxdur.

MSX-nın məlumatına görə, icazələrin 73,7 faizi ölkənin dörd regionundan gəlir. O cümlədən, aparılacaq tikinti işlərinin 49,7 faizi Tbilisinin, 8,9 faizi Mtsxeta-Mtianeti bölgəsinin, 8,4 faizi Kvemo Kartli regionunun və 6,7 faizi İmereti bölgəsinin payına düşür.

Bundan əlavə, qeyd edək ki, 2023-cü ildə çoxfunksiyalı yaşayış komplekslərinin, ticarət obyektlərinin, mehmanxanaların, sənaye müəssisələrinin, kənd təsərrüfatı obyektlərinin və digər tikililərin tikintisinə icazə verilib.

Agentliyin hesabatına əsasən, 2023-cü ildə 3293,2 min kvadratmetr obyekt istifadəyə verilib. Obyektlərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23,7 faiz artmışdır. İstifadəyə verilən obyektlərin yarıdan çoxu ölkənin dörd rayonunun payına düşür. O cümlədən, 33,1 faiz Tbilisidən, 13,1 faiz Mtsxeta-Mtianeti bölgəsindən, 12,0 faiz Kaxeti bölgəsindən və 8,5 faiz İmereti bölgəsindəndir.