MSX - 2023-cü ildə Gürcüstan iqtisadiyyatının orta real artımı 7,0 faiz təşkil edib
Milli Statistika Xidmətinin ilkin hesablamalarına görə, 2023-cü ilin dekabr ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ümumi daxili məhsulun artımı 8,3 faiz, 2023-cü ilin orta real artımı isə 7,0 faiz müəyyən edilib.
MSX-nın məlumatına görə, 2023-cü ilin dekabr ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tikinti, emal sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə kimi sektorlar artıma əhəmiyyətli töhfə verib.
Enerji və daşınmaz əmlak sektorlarında azalma tendensiyası müşahidə olunub.