MSX- 2022-ci ilin yanvar-iyul aylarında Gürcüstanda xarici ticarət dövriyyəsi 35,3 faiz artıb
Milli Statistika Xidmətinin göstəricilərinə əsasən, 2022-ci ilin yanvar-iyul aylarında Gürcüstanda xarici ticarət dövriyyəsi 10 186,1 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,3 faiz çoxdur.
MSX-in göstəricilərinə əsasən, bunun 3 098,7 mln. ABŞ dolları ixrac (36,3 faiz çox), 7 087,4 mln. ABŞ dolları isə idxal (34,8 faiz çox) olub.
“2022-ci ilin yanvar-iyul aylarında mənfi ticarət saldosu 3 988,7 mln. ABŞ dolları olub və xarici ticarət dövriyyəsinin 39,2 faizini təşkil edib” -deyə MSX-in məlumatında deyilir.