Milli Statistika Xidmətinin məlumatına görə, 2022-ci ilin avqustunda Gürcüstanda inflyasiyanın səviyyəsi əvvəlki ayla müqayisədə 0,1 faiz artdı, illik inflyasiya 10,9 faiz təşkil etdi.
Elə onların məlumatına görə, illik inflyasiyaya əsas təsir ərzaq məhsullarının bahalaşması oldu.
Milli Statistika Xidmətinin məlumatına görə, çörək və çörək məhsulları 32,4 faiz, süd, pendir və yumurta 20,8 faiz, mineral və bulaq suları, alkoqolsuz içkilər və təbii şirələr 20,3 faiz, yağ və yağ məhsulları 19,8 faiz, qəhvə, çay və kakao 18,7 faiz, qənd, mürəbbə və digər şirniyyatlar 18,6 faiz, balıq 13,6 faiz, ət və ət məhsulları 11,1 faiz, meyvələr 2,5 faiz bahalaşıəb. Bundan əlavə, tərəvəz və bağ tərəvəzlərinin qiymətləri 9,6 faiz ucuzlaşıb.
Milli Bank inflyasiyanın 2023-cü ilin ikinci yarısından 3 faiz hədəfinə çatacağını gözləyir.