MSX- 2021-ci ildə Gürcüstana 1 241,8 milyon dollar həcmində sərmayə qoyulub
Milli Statistika Xidmətinin ilkin göstəricilərinə əsasən, 2021-ci ildə Gürcüstana yatırılan birbaşa xarici investisiyaların həcmi 1 241,8 mln. ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin müvafiq göstəricisindən 2,1 dəfə, 2021-ci ilin ilkin göstəricisindən isə 7,7 faiz çoxdur.
MSX-in göstəricilərinə görə, 2021-ci ildə re-investisiyaların payı ümumi birbaşa xarici investisiyaların 62,0 faizini təşkil edib.
İdarə tərəfindən verilən məlumatda, 2021-ci ildə Gürcüstana yatırılan birbaşa xarici sərmayələrə görə, ən böyük investor ölkələrin Böyük Britaniya, Hollandiya və Türkiyə olduğu deyilir.
“Ən çox birbaşa xarici investisiya maliyyə sektoruna qoyulub və 465,3 mln. ABŞ dolları olub ki, bu da birbaşa xarici investisiyaların ümumi həcminin 37,5 faizini təşkil edir. İkinci yerdə 185,9 mln. ABŞ dolları ilə (15,0 faiz) energetika sektoru , üçüncü yerdə isə 133,3 mln. ABŞ dolları ilə (10,7 faiz) emal sənayesi sektoru qərarlaşıb” – deyə MSX-nin məlumatında qeyd olunub.