Avtomobil Yolları Departamentinin məlumatına görə, intensiv təmizləmə işləri nəticəsində, beynəlxalq əhəmiyyətli Msxeta-Stepansminda-Larsi avtomobil yolunun Qudauri-Kobi hissəsində avtomobil hərəkəti azaddır.
“Mleta-Kobi hissəsində avtonəqliyyat vasitəsinin hərəkəti dayanmadan hərəkət etmə rejimində həyata keçiriləcək. Qudauri-Kobi hissəsində isə yalnız tunellərin istifadəsi ilə. Yedəkli, yarımyedəkli avtonəqliyyat vasitəsinin hərəkəti birtərəfli həyata keçiriləcək.
Xatırladaq ki, qeyd olunan hissədə minik avtomobilləri üçün hərəkət bu gün günorta bərpa oldu”, – Avtomobil Yolları Departamentinin məlumatında deyilir.