MSX - Yanvar-mart aylarında Gürcüstanda xarici ticarət dövriyyəsi 6,5 faiz azalıb
Milli Statistika Xidmətinin ilkin göstəricilərinə görə, 2024-cü ilin yanvar-mart aylarında Gürcüstanda xarici ticarət dövriyyəsi (bəyan edilməmiş ticarət olmadan) 4 699,4 milyon ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ilin müvafiq göstəricisindən 6,5 faiz azdır.
Bundan, MSX-nin məlumatına görə, ixrac 1 325,7 mln. ABŞ dolları olub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz azalıb, idxal isə 3 373,6 mln. ABŞ dolları – azalma 5,3 faiz təşkil edib.
2024-cü ilin yanvar-mart aylarında mənfi ticarət saldosu 2 047,9 mln. ABŞ dolları olub, bu da xarici ticarət dövriyyəsinin 43,6 faizini təşkil edir.