MSX - Yanvar-avqustda Gürcüstanda xarici ticarət dövriyyəsi 3,0 faiz artıb
MSX - Yanvar-avqustda Gürcüstanda xarici ticarət dövriyyəsi 3,0 faiz artıb

 
Milli Statistika Xidmətinin məlumatına əsasən, 2024-cü ilin yanvar-avqustunda Gürcüstanda xarici ticarət dövriyyəsi (bəyan olunmamış ticarət olmadan) 14 700,8 mln. ABŞ dolları təşkil edib, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,0 faiz çoxdur.

Bu göstəricidən MSX-nin məlumatına əsasən, ixrac 4 173,9 milyon ABŞ dolları təşkil edib, yəni 2,5 faiz artıb, idxal isə 10 526,9 milyon dolları – artım 3.3 faiz təşkil edib. 2024-cü ilin yanvar-avqustunda Gürcüstanın mənfi ticarət saldosu 6 353,0 milyon ABŞ dolları təşkil edib, bu da xarici ticarət dövriyyəsinin 43,2 faizidir.

Qurumun hesabatına əsasən, 2024-cü ilin yanvar-avqustunda Gürcüstanın ümumi xarici ticarət dövriyyəsində 10 ən böyük ticarət tərəfdaşı ölkənin payı 68,7 faiz təşkil edib. Ölkənin ən böyük ticarət tərəfdaşları 2085,3 milyon ABŞ dolları ilə Türkiyə, 1636,2 milyon ABŞ dolları ilə Rusiya və 1278,8 milyon ABŞ dolları ilə ABŞ-dır.