MSX- Noyabrda Gürcüstan iqtisadiyyatı 5,9 faizlə artıb, 11 ayda isə ÜDM-in artımı 6,9 faiz təşkil edib
Milli Statistika Xidmətinin ilkin qiymətləndirmələrinə əsasən, 2023-cü ilin noyabr ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ÜDM-in artımı 5,9 faiz təşkil edib, 2023-cü ilin ilk on bir ayının orta göstəricisi 6,9 faizlə müəyyən edilib.
MSX-nin yaydığı məlumata əsasən, 2023-cü ilin noyabr ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə aşağıdakı sektorlar artıma əhəmiyyətli töhfə verib: maliyyə və sığorta fəaliyyəti, tikinti, peşə, elmi-texniki fəaliyyət və ticarət.
Eyni zamanda, emal sənayesi, energetika, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində azalma tendensiyası müşahidə olunub.