MSX-nin göstəricilərinə əsasən, 2023-cü ildə Gürcüstanda yol qəzalarında 442 nəfər, yanğınlar nəticəsində isə 48 nəfər ölüb
Milli Statistika Xidmətinin göstəricilərinə əsasən, 2023-cü ildə Gürcüstanda yol qəzalarında 442 nəfər ölüb. Hesabat dövründə ölkə ərazisində ümumilikdə 5594 yol-nəqliyyat hadisəsi baş verib. Bunlardan 158 hadisə sərxoşluq nəticəsində baş verib, 7310 nəfər zərər çəkib.
Bundan əlavə, MSX-nın məlumatına görə, ötən il ölkədə 10 564 yanğın hadisəsi qeydə alınıb, nəticədə 48 nəfər ölüb, 205 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yanğınlar nəticəsində ölkə üzrə 380 bina dağılıb.
MSX-nın məlumatına görə, 2023-cü ildə insan alveri maddəsi ilə 15 cinayət törədilib və Daxili İşlər Nazirliyi tərəfindən səkkiz cinayət işi açılıb.
Məişət zorakılığına gəlincə, ötən il məişət zorakılığı qurbanlarının sayı 7773 nəfər olub. Onlardan 6534 nəfəri qadın, 1239 nəfəri isə kişidir.