MSX - mart ayında ən çox yağ 19,4 faiz ucuzlaşıb, meyvə isə 25,7 faiz bahalaşıb
Milli Statistika Xidmətinin məlumatına görə, illik inflyasiyanın formalaşmasına ərzaq məhsullarının və alkoqolsuz içkilərin qiymətlərinin ucuzlaşması təsir göstərib.
MSX-nin məlumatına görə, qrup üzrə qiymətlər 3,4 faiz azalıb ki, bu da illik inflyasiyada -1,17 faiz bəndi ilə əksini tapıb. Yağın qiymətləri -19,4 faiz ucuzlaşıb. Tərəvəz və bostan məhsulları-15,3 faiz, çörək və çörək məhsulları -8,9 faiz ucuzlaşıb. Süd, pendir və yumurtanın qiymətləri -3,9 faiz ucuzlaşıb. Bundan əlavə, meyvə və üzümün qiymətləri 25,7 faiz bahalaşıb; Ət və ət məhsulları 2,8 faiz, mineral və bulaq suları, alkoqolsuz içkilər və təbii şirələr 5,1 faiz, şəkər, mürəbbə və digər şirniyyatlar 2,0 faiz, qəhvə, çay və kakao 2,1 faiz bahalaşıb, balıq qiymətləri isə yüzdə 1,3 artıb.