MSX - Fevralda Gürcüstan iqtisadiyyatı 9,5 faiz artıb
MSX - Fevralda Gürcüstan iqtisadiyyatı 9,5 faiz artıb

Milli Statistika Xidmətinin ilkin qiymətləndirmələrinə görə, 2024-cü ilin fevral ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ümumi daxili məhsulun artımı 9,5 faiz, yanvar-fevral ayları üzrə orta göstərici isə 7,7 faiz təşkil edib.

MSX-nın məlumatında, 2024-cü ilin fevral ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə emal sənayesi, tikinti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı kimi sektorların artıma mühüm töhfə verdiyi deyilir.

Enerji və mədənçıxarma sənayesi sektorlarında azalma tendensiyası müşahidə olunub.