MSX - 2023-cü ilin üç rübünün göstəricilərinə əsasən, Gürcüstanda yol qəzalarında 311 nəfər, yanğınlar nəticəsində isə 37 nəfər həlak olub
MSX - 2023-cü ilin üç rübünün göstəricilərinə əsasən, Gürcüstanda yol qəzalarında 311 nəfər, yanğınlar nəticəsində isə 37 nəfər həlak olub

Milli Statistika Xidmətinin 2023-cü ilin üç rübünün göstəricilərinə əsasən, Gürcüstanda yol qəzalarında 311 nəfər ölüb. Hesabat dövründə ölkə ərazisində ümumilikdə 4076 yol-nəqliyyat hadisəsi baş verib. Bunlardan 114-ü sərxoşluq nəticəsində baş verib, 5352 nəfər zərər çəkib.

Bundan əlavə, MSX -nın məlumatına əsasən, 2023-cü ilin ilk üç rübündə ölkədə 8081 yanğın hadisəsi qeydə alınıb, nəticədə 37 nəfər həlak olub, 149 nəfər xəsarət alıb. Yanğınlar nəticəsində ölkə üzrə 294 bina dağılıb.

MSX -nın məlumatına görə, cari ilin üç rübündə insan alveri maddəsi ilə 14 cinayət törədilib, Daxili İşlər Nazirliyi tərəfindən 8 faktla bağlı cinayət işi açılıb.

Məişət zorakılığına gəlincə, 2023-cü ilin üç rübündə məişət zorakılığı qurbanlarının sayı 5920 nəfər təşkil edib. Onlardan 4977 nəfəri qadın, 943 nəfəri isə kişidir.