MSX- 2023-cü ilin dördüncü rübündə Gürcüstanda işsizlik səviyyəsi 15,3 faizədək azalıb
MSX- 2023-cü ilin dördüncü rübündə Gürcüstanda işsizlik səviyyəsi 15,3 faizədək azalıb

 
Milli Statistika Xidmətinin göstəricilərinə əsasən, 2023-cü ilin dördüncü rübündə Gürcüstanda işsizliyin səviyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz bəndi azalıb və 15,3 faiz təşkil edib.

MSX-nin məlumatına əsasən, 2023-cü ilin dördüncü rübündə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə müqaviləli işləyənlərin sayı 74,3 min nəfər və ya 8,4 faiz artaraq 958,4 min nəfərə çatıb,özünüməşğulluğa cəlb olunmuş şəxslərin sayı isə 6,6 min və ya 1,6% azalıb və 413,8 min təşkil edib.

Eyni dövrdə işsizlərin sayı 0,9 min və ya 0,4% azalaraq 248,6 min təşkil edib. Bununla yanaşı, hesabat dövründə işçi qüvvəsinin iştirak səviyyəsi (15 və daha yuxarı yaşda olan əhali arasında işçi qüvvəsinin payı) əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz bəndi artaraq 54,3 faiz təşkil edib, məşğulluq səviyyəsi isə 1,8 faiz bəndi artıb və 46,0 faiz təşkil edib.

Şəhər tipli yaşayış məntəqələrində işçi qüvvəsinin iştirak səviyyəsi 1,9 faiz bəndi, kənd tipli yaşayış məntəqələrində 1,2 faiz bəndi artıb, şəhər tipli yaşayış məntəqələrində məşğulluğun səviyyəsi isə 1,7 faiz bəndi, kənd tipli yaşayış məntəqələrində- 1,8 faiz bəndi artıb, müvafiq olaraq 47,5 faiz və 43,9 faiz təşkil edir.

Qurumun hesabatına əsasən, 2023-cü ilin dördüncü rübündə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə işlə təmin olunanların ümumi sayında müqaviləli işləyənlərin payı 2,1 faiz bəndi artıb və 69,8 faiz təşkil edib. Bununla yanaşı, cari ilin dördüncü rübündə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə şəhər tipli yaşayış məntəqələrində işsizliyin səviyyəsi 0,2 faiz bəndi, kənd tipli yaşayış məntəqələrində isə 1,6 faiz bəndi azalıb.

Kişilər arasında işsizlik səviyyəsi ənənəvi olaraq qadınlardan daha yüksəkdir. 2023-cü ilin dördüncü rübündə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qadınlarda qeyd olunan göstərici 0,3 faiz bəndi, kişilər arasında isə 1,0 faiz bəndi azalaraq müvafiq olaraq 13,5 faiz və 16,8 faiz təşkil edib. Kişilər arasında işçi qüvvəsində iştirak səviyyəsi qadınlardan daha yüksəkdir.

2023-cü ilin dördüncü rübündə bu göstərici qadınlarda 44,3 faiz, kişilərdə isə 65,9 faiz təşkil edib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qadınlar arasında işçi qüvvəsində iştirak səviyyəsi 1,6 faiz bəndi, kişilər arasında isə 1,9 faiz bəndi artıb.

MSX-nin məlumatına əsasən, 2023-cü ilin dördüncü rübündə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məşğulluq səviyyəsi qadınlar arasında 1,5 faiz bəndi, kişilər arasında isə 2,2 faiz bəndi artıb.