MSK Tbilisi merinə seçkilərin ikinci turunun nəticələrinə yekun vurub
Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasında Tbilisi merinə seçkilərin ikinci turunun nəticələrinə yekun vurub.
Nəticələrə əsasən, “Gürcü arzusu – Demokratik Gürcüstan”ın namizədi Kaxa Kaladze Tbilisi meri seçilib. O, 258 776 səs, 55,60% toplayıb. Tbilisi meri seçkilərinin ikinci turunda ümumilikdə 480 302 seçici iştirak edib. MSK bugünkü iclasında 2021-ci il 2 oktyabr tarixində Tbilisi Sakrebulo seçkilərinin nəticələrinə də yekun vurub.
İclas protokoluna əsasən, seçkilərdə iştirak edən seçicilərin sayı 494 min 676 nəfər olub. Tbilisi Sakrebulosunda yerlər belə bölüşdürülüb: Vahid Milli Hərəkat – 13 yer, Lelo – 2, Qaxariya – Gürcüstan üçün – 4, “Gürcü arzusu” – Demokratik Gürcüstan – 19, Zurab Qirçi Caparidze: Qirçi – daha çox azadlıq – 1, “Ana Dolidze – xalq üçün” – 1 mandat. İkinci turun nəticələri də dairə seçki komissiyaları tərəfindən yekunlaşdırılıb.
İclas protokollarına əsasən, MSK-ya bu gün keçirilən iclasda Sakrebulo üzvü və bələdiyyə sədri seçilən şəxslər barədə məlumat daxil olub. Ətraflı məlumat və icmal protokollar MSK-nın internet saytında yerləşdirilib.