MSK siyasi partiyalara seçkilər üçün partiya siyahısını elektron şəkildə təqdim etmək imkanı verir
Mərkəzi Seçki Komissiyası (MSK) siyasi partiyalara parlament seçkiləri üçün partiya siyahısını elektron şəkildə təqdim etmək imkanı verir. Məlumatı Seçki Administrasiyası yayır.
“Elektron platformadan istifadə etməklə partiya siyahılarının təqdim edilməsi və qeydiyyat qaydası ilə bağlı MSK-da işçi görüşü keçirilib. Görüşdə MSK-nın təklifinə cavab olaraq partiya siyahılarının və ona əlavə edilmiş sənədlərin elektron şəkildə təqdim edilməsi barədə qərar qəbul edən siyasi partiyaların nümayəndələri iştirak ediblər. Görüşdə elektron platformadan istifadə ilə əlaqədar məsələlər ətraflı müzakirə olunub.
Sentyabrın 10-da MSK-nın qərarına dəyişiklik daxil edilib, ona əsasən partiyalar Gürcüstan Parlamentinin 2024-cü ilin 26 oktyabr seçkiləri üçün qeydiyyat məqsədilə elektron platformadan istifadə etməklə partiya siyahısını təqdim edə bilərlər, bundan sonra da MSK seçkilər üçün qeydiyyatdan keçmiş partiyalara siyahıların elektron şəkildə təqdim olunması qaydasından istifadə etməyi təklif edib. Altı partiya qeyd olunan qaydada partiya siyahısını təqdim etmək qərarını qəbul edib” – MSK-nın məlumatında deyilir.
MSK izah edir ki, 26 oktyabr seçkiləri üçün qeydiyyatdan keçmiş siyasi birliklər partiya siyahılarını sentyabrın 26-ı da daxil olmaqla təqdim etməlidirlər.