MSK sədrliyinə namizədlər lazımi dəstəyi qazana bilmədilər
MSK sədrliyinə namizədlər lazımi dəstəyi qazana bilmədilər

Mərkəzi Seçki Komissiyası  sədrliyinə namizədlər Parlakmentin növbədənkənar sessiyasının plinar iclasında səsvermə zamanı lazımi dəstəyi qazana bilmədilər.

Daha dəqiq olaraq, MSK sədrliyinə namizəd Giorgi Kalandarişvilini 82 deputat dəstəklədi, səkkiz deputat əleyhinə səs verdi.

İkinci namizəd Giorgi Santuriyanini iki deputat dəstəklədi, on deputat isə, əleyhinə səs verdi.

Xatırladaq ki, MSK sədrliyinə və üzvülüyünə namizədlərlə söhbətləşmə 9 iyulda başa çatdı. Müsabiqə Komissiyası MSK sədrliyinə iki, üzvülüyünə isə, beş namizədi seçdi. MSK sədrliyinə və üzvülüyünə namizədlərin seçilməsi üçün örezident tərəfindən təqdim olunan namizədlərin dinləməsi 11 iyulda başladı.

Prezident tərəfindən təqdim olunan Giorgi Kalandarişvili və Giorgi Santuriyani MSK-nın əməkdaşlarıdılar.

MSK sədrini və ya üzvünü beş illik müddətlə təsdiq etmək üçün səslərin 2/3 lazımdır, yəni ən azından 100 deputatın dəstəyi lazımdır.