MSK sədri və üzvlərinin seçilməsi haqqında qanun layihəsinin birinci oxunuşu sual-cavabsız başa çatıb, müxalifət iclasda iştirak etməyib
Parlamentin plenar iclasında MSK sədri və üzvlərinin seçilməsi haqqında qanun layihəsinin birinci oxunuşu sual-cavabsız başa çatıb.
İclasda Qivi Mikanadze məsələni müzakirəyə çıxarıb, iclasda bir nəfər də olsun müxalifət nümayəndəsi iştirak etməyib, ona görə də qanun layihəsinin müzakirəsi təxminən bir dəqiqə ərzində başa çatıb.
Müxalifətçi deputat Teona Akubardianın jurnalistlərə verdiyi məlumata əsasən, müxalifətin iclasa qatılmaması yalnız onların problemidir.
“Qanun layihəsinin müzakirəsi düz 1 dəqiqədə başa çatdı, mən iclas zalının qarşısında dayanmışdım və bir dəqiqəyə məsələnin müzakirəsi tamamlandı. Problem müxalifətin iclas zalında olmaması idi. İkinci oxunuş olanda, ümidvaram ki, maddə-maddə müzakirə olacaq, çünki qanun layihəsi prezidentin səlahiyyətlərini məhdudlaşdırır. Əgər iclasda müxalifət olmayıbsa, bu, onun günahıdır” – deyə Akubardia bildirib.
Qanun layihəsinə əsasən, MSK sədrini və üzvlüyə namizədləri prezident deyil, parlament sədri irəli sürəcək.