MSK-nın - Siyasi Partiyaların Davranış Kodeksini altı partiya imzalayıb
Oktyabrın 26-da keçiriləcək parlament seçkilərində qeydiyyatdan keçmiş 27 partiyadan 6-sı siyasi partiyaların davranış kodeksini imzalayıb. Məlumatı MSK yayıb. Seçki administrasiyasının məlumatına görə, imzalayan partiyalar – “Gürcüstanı Dəyişin”, “Avropa Demokratları”, “Ədalət naminə”, “Gürcü Arzusu – Demokratik Gürcüstan”, “Üçüncü Yol”, “Bizim Vahid Gürcüstanımız”dır.
Öz məlumatlarına görə, seçki administrasiyası sözügedən seçkilərdə iştirak edən partiyalara davranış kodeksinin imzalanmasını təklif edib.
“Seçki administrasiyası üçün 2024-cü il seçkiləri ilə bağlı seçkilərdə iştirak edən subyektləri beynəlxalq səviyyədə tanınmış prinsiplər ətrafında birləşdirən sənədin olması vacibdir. Bu prosesdə seçki administrasiyası neytral qurum kimi qərəzsiz vasitəçi rolunu oynayır və öz səlahiyyətləri daxilində seçki mədəniyyətinin uzunmüddətli inkişafına töhfə verir.
Ən yaxşı beynəlxalq təcrübə nəzərə alınmaqla, seçki administrasiyası tərəfindən siyasi partiyalar üçün hazırlanmış davranış kodeksi 2024-cü ildə Avropa Parlamentinə seçkilər üçün istifadə olunan sənədin əsas prinsiplərinə əsaslanır. İmzalanmadan əvvəl seçki administrasiyası siyasi partiyaların davranış məcəlləsinin layihəsini tanışlıq və rəy bildirmək üçün partiyalara göndərib və onların rəyi nəzərə alınmaqla yekun variant hazırlanıb.
Siyasi partiyaların nümayəndələri davranış kodeksini sentyabrın 9-dan imzalaya bilərlər. İmzalanmış sənəd açıqdır və internet saytında yerləşdirilib”, – deyə MSK-nın məlumatında bildirilir.