MSK-nın sədri Yaponiya səfirini cari seçki məsələləri ilə tanış etdi
Mərkəzi Seçki Komissiyasının sədri, Giorgi Kalandarişvili Gürcüstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə görüşlərini davam etdirir. Məlumatı MSK yayır.
Bu dəfə Giorgi Kalandarişvili Gürcüstanda Yaponiyanın səfiri, İmamura Akira ilə görüşdə və cari seçki məsələləri ilə tanış etdi.
“Görüş zamanı tərəflərin müzakirə etdiyi əsas mövzu seçki prosesində elektron texnologiyaların tətbiqi idi. Söhbətdə aprelin 29-na təyin edilmiş aralıq/növbədənkənar seçkilərə hazırlıq prosesinə də toxunuldu. MSK-nın sədri administrasiyanın qeyd olunan seçkilərlə bağlı planlaşdırdığı mühüm texnoloji yeniliklər barədə səfirə ətraflı məlumat ötürdü”, – yayılan məlumatda deyilir.