MSK-nın sədri “Beynəlxalq Respublika İnstitutu”nun nümayəndələri ilə görüşüb
MSK-nın sədri “Beynəlxalq Respublika İnstitutu”nun nümayəndələri ilə görüşüb

 
Mərkəzi Seçki Komissiyasının sədri Qiorqi Kalandarişvili “Beynəlxalq Respublika İnstitutu”nun müşahidəçi missiyasının direktoru Şon Dan və Gürcüstan ofisinin rəhbəri Con Dipiro ilə görüşüb. Məlumatı MSK yayır.

MSK-nın verdiyi məlumatda, görüşün əsas mövzusunun 26 oktyabr seçkiləri olduğu deyilir. Tərəflər Gürcüstan Parlamentinin seçkilərə hazırlıq prosesi və seçkilərin yüksək peşəkarlıq səviyyəsində keçirilməsi üçün həyata keçirilən əsas fəaliyyətlərdən danışıblar.

“Qiorqi Kalandarişvili IRI-ın nümayəndələrinə seçki proseslərində elektron texnologiyaların geniş tətbiqi istiqamətində həyata keçirilən fəaliyyətlər və administrasiyanın uğurla həyata keçirdiyi mühüm layihələr barədə ətraflı məlumat verib. Həmçinin, məntəqə seçki komissiyasının potensial üzvlərinin sertifikatlaşdırılması istiqamətində görülən işlərdən, elektron seçkilər kontekstində seçicilərin məlumatlandırılmasının genişmiqyaslı kampaniyasından və seçicilərin maarifləndirilməsi məsələlərindən danışıb. Həmçinin, tərəflər əməkdaşlıq və müşahidə missiyası çərçivəsində koordinasiya və məlumat mübadiləsi məsələlərini müzakirə ediblər. Qiorqi Kalandarişvili Seçki Administrasiyasının müşahidə missiyası ilə sıx əməkdaşlığa hazır olduğunu qeyd edib. Qeyd edək ki, “Beynəlxalq Respublika İnstitutu”nun uzunmüddətli müşahidə missiyası 26 oktyabr seçkilərini müşahidə edəcək” – bəyanatda deyilir.